Ölkə futbolu

“Neftçi” ilə oyunda “Qəbələ” futbolçusunun burnu sınıb

Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la bərabərə (2:2) qalan "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.

İdmanxeber.com xəbər verir ki, komandanın aparıcı üzvü Rafael Santos zədələnib.
 
Braziliyalı müdafiəçi ən azı 15 gün məşq edə bilməyəcək. Belə ki, "kimyaçılar"la oyunda Mirabdulla Abbasov top uğrunda mübarizə zamanı Santosun burnunu sındırıb. O "Neftçi" və "Saint Etienne"lə oyunda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, son oyunda Sergey Zenyov, Elvin Camalov, Baqali Dabo, Nika Kvekveskiri və Rəşad Sadiqov da zədə səbəbi ilə "Qəbələ"yə kömək edə bilməmişdi.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43