Premyer Liqa

“Neftçi” – “İnter”: məşqçi fikirləri

Topaz Premyer Liqasının 6-cı turunun açılış oyununda “Neftçi” öz meydanında “İnter” 3-1 hesabı ilə məğlub etdi. Bu nəticədən sonra “ağ-qaralar” turnir cədvəlində birinci pilləyə yüksəldi.

İdmanxeber.com sizi məşqçi fikirləri ilə tanış edir.

Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Bu cür oyunlar derbidir, rəqibimiz güclü komandadır. Oyunun çətin keçəcəyi öncədən məlum idi. Son oyunumuzda məğlub olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə qadir olduğunu göstərdi, psixoloji səddi aşa bildik. Oyunçularımın qarşısında baş əyirəm”.

Roman Cəfərov, “İnter” klubunun məşqçisi: “”Neftçi” klubunun qələbə ilə təbrik edirəm. İlk hissədə oyunumuz alınmadı, ikinci hissədə isə daha yaxşı oynadıq. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43