Ölkə futbolu

“Neftçi”, “İnter” və “Qəbələ”nin rəqibləri məlum oldu

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, kubokun finalçısı "Qəbələ" və Premyer Liqanı ikinci pillədə bitirən "İnter", eləcə də Azərbaycna kubokunun qalibi "Neftçi" öz rəqiblərini tanıyıb.

İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

"İnter" Moldovanın "Tİraspol", "Qəbələ" isə Bonsiya və Hersoqovinanın "Şiroki Brieq" klubu illə üz-üzə gələcək. Bu klublar mərhələ adlayacaqları təqdirdə müvafiq olaraq "Elfsborq" və "Mlada Boleslav" komandaları ilə qarşılaşacaqlar.

Avroliqaya ikinci təsnifatdan qoşulacaq "Neftçi" isə "Koper" (Sloveniya) – "Çelik" (Monteneqro) cütünün qalibini qonaq edəcək.

I təsnifat mərhələsi

"Tiraspol" (Moldova) – "İnter" (Azərbaycan)
"Qəbələ" (Azərbaycan) – "Şiroki Brieq" (Bosniya və Herseqovina)

II təsnifat mərhələsi

"Neftçi" – "Koper" (Sloveniya) – "Çelik" (Monteneqro)
"Elfsborq" (İsveç) – "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)
"Mlada Boleslav" (Çexiya) – "Qəbələ" (Azərbaycan) / "Şiroki Brieq" (Bosniya və Herseqovina)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43