İdman

“Neftçi” “İnter”in yubileyini korladı

Azərbaycan Premyer Liqasının VII turu “İnter” üçün yubileylə əlamətdar olub.

İdmanxeber.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadənv erdiyi məlumata görə, paytaxt klubu Azərbaycan çempionatlarında 250-ci ev oyununu keçirib. Lakin bakılılar “Neftçi” ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub. Bu, “İnter”in öz meydanında keçirdiyi 250 matçda 39-cu məğlubiyyəti olub. Ev oyunlarında 148 dəfə 3 xal qazanan paytaxt futbolçuları 63 dəfə bərabərliklə kifayətlənib. Evdə 377 qol vuran komanda 163 top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43