Ölkə futbolu

“Neftçi” İran klubu ilə qarşılaşacaq

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” komandasını İranın “İstiqlal” komandası ilə qarşılaşacaq.

“Ağ-qaralar” sınaq matçı keçirmək üçün onlara müraciət edən İran klubuna müsbət cavab verib. Yanvarın 20-nə nəzərdə tutulan görüş Bakı vaxtı ilə saat 16:30-da oynanılacaq.

Qeyd edək ki, “Neftçi” “İstiqlal”dan başqa, Rumıniyanın “Qaz Metan” (18 yanvar), Çexiyanın “Slovan” (23 yanvar) və Bolqarıstanın “Beroe” ( 26 yanvar) klubları ilə də qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43