Ölkə futbolu

“Neftçi” İrandan futbolçu transfer etdi

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1.5 il müddətinə müqavilə imzalayıb.

Sonuncu klubu “Maşinsazi”nin (2016-2017, 2019) kapitanı olan Saman İranın “Naft Tehran” (2012-2013), “Gostareş Fulad ” (2012-2013, 2013-2016, 2017-2018), “Traktor” (2014-2016), “Persepolis” (2017) və “Peykan” (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olan futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43