Kateqoriyasız

“Neftçi” istədiyi transferi GERÇƏKLƏŞDİRİR

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Rusiyanın “Ufa” klubunun futbolçusu Azər Əliyevlə uzun müddətdi davam edən danışıqlar nəticə verib. Azərbaycan əsilli rusiyalı futbolçu artıq Antalyadadı və Bakıya yeni komandası ilə birgə gələcək. Yaxın zamanda keçid rəsmən açıqlanacaq.

“Yenisey”in yetirməsi olan Azər “Saxalin”, “Krılya Sovetov”, “Tambov” klublarında çıxış edib. 27 yaşlı cinah oyunçusu bu mövsüm Rusiya Premyer Liqasında 13 oyunda meydanda olub. (FutbolPress)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43