Kateqoriyasız

“Neftçi” istəyir, “Qarabağ” “yox” deməyə tələsmir

Xəbər verdiyimi kimi, Ukraynanın “Minay” klubunun forvardı Rüstəm Əhmədzadə “Qarabağ”la anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, bu transferin ardından klubda nominal hücumçuların sayı 4-ə çatıb.

Bu keçidin ardından gözlər Ağdam klubunun digər hücumçularına yönəlir. Əldə etdiyimi məlumata görə, Ağdam klubu çıxışından razı qalmadığı Ramil Şeydayevlə yolları ayıra bilər. Millimizin də şərəfini qoruyan hücumçunun “köhlən atlar”la müqaviləsi 2023-cü ildə bitir. Lakin Şeydayev də komandadan getməkdə maraqlıdı. Belə ki, onunla “Neftçi” yaxından maraqlanır. “Ağ-qaralar” hücumdakı problemi Şeydayevlə həll etmək niyyətindədi və tərəflər arasında qeyr-rəsmi də olsa danışıqlar gedir.

Əgər “Qarabağ” qışda istədiyi hücumçu transferini reallaşdırsa Ramillə bu qış yollar ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43