İdman

“Neftçi” istədi, “Alanyaspor”a keçdi – RƏSMİ AÇIQLAMA

QIş transfer pəncərəsində “Neftçi”nin heyətinə qatmaq istədiyi futbolçulardan ikisinin adı  bəlli olub.

Bu barədə İdmanxeber.com-a paytaxt klubunun mətbuat xidmətinin rəbbəri Anar Şabanoğlu məlumat verib. Klub rəsmisi bu gün mətbuatda çıxan seneqallı yarımmüdafiəçi Xali Tiam xəbərini təkzib etməyib. O, adıçəkilən futbolçu ilə danışıqlar apardıqlarını, lakin artıq “Neftçi”nin onun keçidində maraqlı olmadığını bildirdi: “Tiam hücumçu deyil, yarımmüdafiəçidi. Biz onunla danışıqlar apardıq, klubumuz Xali Tiamı icarə əsasında heyətinə qatmaq istədi. Lakin sonradan elə məsləhət oldu ki, danışıqlar dayansın”.

Sən demə, “Neftçi”nin heyətinə qatmaq istədiyi tək futbolçu Tiam olmayıb. Bakı klubu Tiamla birgə Moskva “Dinamo”sunun formasını geyinən lakin bu qış “Alanyaspor”a keçən Vandersonla daha yaından maraqlanıb. 

Ancaq braziliyalı forvardın Türkiyə klubunu seçməsi “Neftçi”nin Xali Tiam istəyini də aradan qaldırıb: “Əsas Vandersonu istəyirdik. Hər ikisini icarə əsasında heyətimizə qatmağı düşünürdük. Elə oldu ki, Vanderson 2Alanyaspor”u seçdi. Hər iki oyunçunun məsələsi bağlandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43