Ölkə futbolu

“Neftçi” istədiyini əldə etdi: AFFA Arazın qırmızısını ləğv etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İK “Neftçi2nin üzvü Araz Abdullayevə veilən qırmızı vərəqəni lğv edib:

Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qarabağ” matçının 62-ci dəqiqəsində meydan sahibi komandanın 7 №-li futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin videoyazını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı  və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi Topaz Premyer Liqasının XXIV turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 7  №-li futbolçusu Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43