Kateqoriyasız

“Neftçi” “Kəpəz”ə qalib gəldi

Mövsümün ikinci hissəsinə hazırlaşan “Neftçi”  ilk yoxlama oyununa çıxəb

Paytaxt təmsilçisi “Kəpəz”lə üz-üzə gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən matç 15:00-da başlayıb. Qarşılaşma “ağ-qaralar”ın minimal hesablı qələbəsilə başa çatıb – 1:0. Yeganə qolu Namiq Ələsgərov vurub.

“Neftçi” ikinci yoxlama oyununda yanvarın 14-də “Keşlə” ilə qarşılaşacaq.

Bakı klubu Premyer Liqanın turnir cədvəlində 24 xalla liderdi. “Kəpəz” isə I Divizionda 16 xalla 6-cıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43