08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” – Kanales məsələsində son durum: BİTDİ

“Neftçi” forvardı Nikolas Kanaleslə bağlı yekun qərarı verib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu çilili forvardı komandada saxlaya bilməyib. Səbəb isə yenə maliyyə olub. İlk dəfə “Neftçi”dən məhz pul məsələsinə görə ortaq məxrəcə gələ bilməyərək ayrılan təcrübəli forvard ikinci dönüşündə də eyni aqibətlə üzləşib.

Maaşının azaldılmasını istəməyən Kanales karyerasını başqa klubda davam etdirmək haqda qərar verib. 

Qeyd edək ki, Kanales “Neftçi”də keçirdiyi 52 oyunda 39 qola imza atıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43