Kateqoriyasız

“Neftçi” Kanalesi göndərir?: “Yeni müqavilə təklif etməyiblər”

“Neftçi” hücumçusu Nikolas Kanalesə yeni müqavilə təklif etməyib.

İdmanxeber.com-un məlumatına görə, bu yay müqaviləsi başa çatacaq təcrübəli forvard gözləmə mövqeyindədi.

Kanales ona bir neçə klubdan təklif gəldiyini də bildirib:

“Açığı hələ ki, “Neftçi” mənə yeni müqavilə təklif etməyib. Ancaq başqa klublardan artıq təkliflər var. Mən “Neftçi”nin verəcəyi qərarı gözləyirəm. Onu da deyim ki, gələn təkliflər arasında Azərbaycan klubları yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43