Ölkə futbolu

“Neftçi” “Keşlə”yə qalıb gəldi – Yenilənib

Azərbaycan Premyer Liqasının iknci yarısına hazırlaşan “Neftçi” yoxlama oyununa çıxıb.

Samir Abasovun baş məşqçisi olduğu komanda “Keşlə” ilə üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən matçda “Neftçi” 4:3 hesabı ilə qalib gəlib.

“A-qaralar” ilk yoxlama oyununda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etmişdi.

Yoxlama oyunu

14 yanvar

17:00. “Neftçi” – “Keşlə” – 4:3
Qollar:
 Mirabdulla Abbasov, 10, Tallison Dias, 36, 66, Mamadu Kane, 62 – Nicat Qurbanov, 59, Junior, 61, 79


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43