Ölkə futbolu Premyer Liqa

“Neftçi”nin qələbə həsrəti davam edir

Azərbaycan  Premyer Liqasında V turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün daha bir matç keçirilib.

“Neftçi” öz meydanında “Keşlə”ni sınağa çəkib. “Bakcell Arena”da oynanılacaq görüşdə hesab açılmayıb – 0:0.

Tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
V tur

22 sentyabr (bazar)

18:30.“Neftçi” – “Keşlə” – 0:0
Qırmızı vərəqə:
 Donald Gerye, 35

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43