Ölkə futbolu

“Neftçi” legionerini icarəyə verdi

“Neftçi” venesuelalı futbolçusu Edson Kastilyonu icarəyə verib.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi ölkəsində çıxış edəcək. O,  “Mineros” klubu ilə müqavilə bağlayıb. Kastilyo bu ilin sonuna qədər icarə əsasında Puetro-Ordas təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Kastilyo “Mineros”dan ötən ilin iyul ayında “Neftçi”yə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43