25 Yanvar 2021
Kateqoriyasız

“Neftçi” məşqləri dayandırdı

“Neftçi”  məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırılıb.

İdmanxeber.az klub televiziyasına istinadən xəbər verir ki, bu günə və 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.

Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilik 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

Bunlar “Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.

Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə “Sabah”a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Fənərbağça”nın məşqi niyə ləğv olundu?

admin

Lüksemburq millisinin üzvü “Sevilya”da

admin