Kateqoriyasız

“Neftçi” mərhələni keçsə, bu məşhur klubla qarşılaşacaq – Çempionlar Liqası

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək “Neftçi”nin də mümkün rəqibi bəlli olub.

“Ağ-qaralar” birini təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) keçsə, 2-ci mərhələdə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq. İlk oyun Yunanıstanda olacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43