Kateqoriyasız

“Neftçi” məşqləri bərpa etdi

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” klubu ilə səfər oyununun hazırlığına start verib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə toplanışından sonra iki günlük fasiləyə buraxılan komanda öz bazasında məşqə çıxıb.

Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43