İdman

“Neftçi” Macarıstana nə vaxt gedəcək?

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn “Neftçi” cavab matçının hazırlığını gündə bir məşqlə davam etdirir.

Paytaxt klubu bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə  təlim-məşq bazasında axşam məşqinə çıxıb. Hazırlıq prosesində zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər.

“Neftçi” sabah səhər məşqindən sonra Macarıstana yola düşəcək.

“Uypeşt” – “Neftçi” oyunu iyulun 19-da Budapeştdəki “Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43