Dünya futbolu

“Neftçi” məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” BƏƏ-nin “Əl-Əyn” klubuyla qarşılaşıb. Qarşılaşmada hesabı ərəblər açıblar. 59-cu dəqiqədə rəqib futbolçu cərimə zərbəsindən vurduğu qolla “Neftçi”ni məyus edib. “Ağ-qaralar” yalnız 87-ci dəqiqədə Mirabdulla Abbasovun vurduğu qolla məğlubiyyətdən xilas ola bilib. Beləcə, qarşılaşma 1:1 hesabıyla başa çatıb.

Bu, “Neftçi”nin Avstriyadakı ikinci yoxlama oyunu idi. Elxan Abdullayevin yetirmələri bundan öncə keçirdiyi oyunda Almaniyanın “Şalke” klubuna minimal hesabla uduzmuşdu.

Yoxlama oyunu

“Neftçi” (Azərbaycan) – “Əl-Əyn” (BƏƏ) – 1:1

Neftçi: Səlahət Ağayev, Mateo Mujek (Elnur Cəfərov, 57), Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa (Ömər Buludov, 78), Məhəmməd Mirzəbəyov (Məqsəd İsayev, 46/ Anton Krivotsyuk, 89), Derlis Meza Kolli (İqnasio Errera, 57), Tərzin Cahangirov, Namiq Ələsgərov (Mirabdulla Abbasov, 78), Rəhman Hacıyev (Fəhmin Muradbəyli, 66), Uqo Barqas (Daniel Seqovia, 46).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43