Premyer Liqa

“Neftçi” məşqçilər heyətini cərimələyəcək

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının 27-ci turunun “Zirə” – “Neftçi” oyununda (2:2) qonaq komandaya texniki məğlubiyyət (0:3) verilməsi haqqında qərar qəbul edilib.

İdmanxeber.com-un məlumatına görə, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub. “Neftçi” klubu bununla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur:

“Neftçi” PFK olaraq AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43