19 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” – “Mladost” matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Mladost” (Monteneqro) oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 8-ci km qəsəbə stadionunda keçiriləcək matçı türkiyəli hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ali Palabıyık olacaq. Ona Cem Satman və Ceyhun Sesigüzel köməklik edəcək. Dördündcü hakim funksiyasını isə Hakan Ceylan yerinə yetirəcək.

Qeyd edək ki, “Neftçi” – “Mladost” oyunu iyulun 2-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43