Kateqoriyasız

“Neftçi” darmadağınla növbəti mərhələdə- Yenilənib

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Neftçi” də cavab matçına çıxıb. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” doğma meydanda da rəqibini darmadağın edib – 6:0.

Qeyd edək ki, mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 “Neftçi “(Azərbaycan) 6:0 “Sperantsa” (Moldova)

Qollar: V. Platellas, 18 (1:0), 40 (3:0), E. Mahmudov, 24-penalti (2:0), D. Federiko, 42 (4:0), Stiven Monroz, 68 (5:0), İsmayıl Zülfüqarlı, 76 (6:0)
İlk oyun – 3:0
Baş hakim:
Yulian Vaynbeger (Avstriya)

Bakı. “Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43