Kateqoriyasız

“Neftçi” möhtəşəm qələbə ilə üçüncü mərhələdə!

UEFA Avropa Liqasında II mərhələnin cavab oyunlarına yekun vurulur.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz “Neftçi” ilk görüşdə səfərdə məğlub etdiyi Rusiyanın “Arsenal” (Tula) klubunu qonaq edib.

Tulada keçirilən ilk qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanan Roberto Bordinin yetirmələri Bakıdakı matçda da inamlı oyun sərgiləyərək gəlmələri darmadağın edib.

Avropa Liqası
1 iyul

21:00. “Neftçi” – “Arsenal” (Rusiya) – 3:0
Qol:
 Rauf Əliyev, 49, Dario Federiko, 89-pen. Mamadu Mbodj, 90+3
Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).
Bakı. “Bakcell Arena”.
İlk oyun – 1:0.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43