Kateqoriyasız

“Neftçi” “Olimpiakos”a məğlub oldu – Yenilənib

Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vurulacaq.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də növbəti matçına bu gün çıxacaq. “Ağ-qaralar” Yunanıstan səfərində “Olimpiakos”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00.”Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) – 1:0
Qol: 
Madi Kamara, 29
Qırmızı vərəqələr: Madi Kamara, 44 (“Olimpiakos”), Mert Çelik, 63 (“Neftçi”)
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, “Georgios Karaiskakis” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43