Kateqoriyasız

“Neftçi” öndə olduğu matçda uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb. “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydançasında baş turan qarşılaşma ukraynalıların qələbəsi ilə yekunlaşıb – 2:3.

Qeyd edək ki, ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn “Neftçi”nin Rumıniyanın “Politexnika İaşi” klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Yoxlama oyunu

30 iyun

15:00. “Neftçi” – “Vorskla” – 2:3
Qollar: 
Rebenok, 8 (0:1), Vangelis Platellas, 29 (1:1) Dario Frederiko, 33 (2:1), Martinenko, 71 (2:2), Kravçenko, 90+2-pen (2:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43