08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” oyunu öncəsi “Sumqayıt”da itkilər

“Sumqayıt” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq.

İdamxeber.az-a verilən məlumata görə, “Kimyaçılar” axşamkı oyuna itkilərlə çıxacaq. Vüqar Mustafayev və Kristian Velinovski “Neftçi”yə qarşı zədə səbəbindən forma geyinə bilməyəcək.

Bu oyunçularla yanaşı, Manteka Oktavionun də durumu bəlirsizdir. İspaniyalı yarımmüdafiəçinin axşamkı oyunda çıxış edib-etməyəcəyi bilinmir. Zədədən əziyyət çəkən futbolçu barədə yekun qərarı baş məşqçi Samir Abasov verəcək.

“Sumqayıt” – “Neftçi” görüşü bu axşam saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43