Kateqoriyasız

“Neftçi” “Persepolis”in futbolçunu transfer edir: Viza məsələsi də həll olundu (ÖZƏL)

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” transfer çalıçmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu İranın “Persepolis” komandasından Mobanin Mir Doraghini heyətinə qatmağa çalışır.

Artıq futbolçunun viza alması üçün Azərbaycanın İrandakı səfirliyinə də müraciət olunub. 5 gün “Neftçi”nin düşərgəsində baxışda olacaq 22 yaşlı futbolçunun komandada qalıb-qalmamasına məşqçilər korpusu qərar verəcək.

Qeyd edək ki, iranlı futbolçu müdafiənin sağ və sol cinahlarında oynaya bilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43