Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” transfer çalıçmalarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu İranın “Persepolis” komandasından Mobanin Mir Doraghini heyətinə qatmağa çalışır.
Artıq futbolçunun viza alması üçün Azərbaycanın İrandakı səfirliyinə də müraciət olunub. 5 gün “Neftçi”nin düşərgəsində baxışda olacaq 22 yaşlı futbolçunun komandada qalıb-qalmamasına məşqçilər korpusu qərar verəcək.
Qeyd edək ki, iranlı futbolçu müdafiənin sağ və sol cinahlarında oynaya bilir.