Kateqoriyasız

“Neftçi” “play-off”da!

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Avroliqada mübarizəni davam etdirən "Neftçi" Gürcüstanda "Çixura"nın qonağı olacaq.

Bakıda keçirilmiş ilk oyunda qolsuz heç-heçəyə razı olan tərəflər pley-off mərhələsinə adlayacaq komandanın adını "Mixail Mesxi" stadionunda müəyyənləşdirəcəklər.

Paytaxt klubunu Gürcüstanda istənilən qollu heç-heçə də qane edir ki, tur adlasın. 

Avropa Liqası, III təsnifat mərhələsi

22:00. Çixura – Neftçi 2:3
Qol:
Nfor, 17, 27, 38, Qabedava, 30, 50

Baş hakim: Tamaş Boqnar (Macarıstan).

Tiflis. "Mixail Mesxi" stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43