19 Noyabr 2018
Ölkə futbolu

“Neftçi” və “Sumqayıt” qələbə qazandı- YENİLƏNİB

Topaz Premyer Liqasının II turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının ikinci turunun  mərkəzi qarşılaşmasında “Neftçi” “Qəbələ”ni qəbul edib. Çempionata qələbə ilə başlayan iki komandanın duelindən ev sahibi komanda qalib ayrılıb. Oyuna sürətli başlayan “ağ-qara”lar ilk hissənin 36-cı dəqiqəsində Baqali Dabonun vurduğu qolla  fasiləyə üstün yollanıb-1:0.  “Dalğa Arena” da fasilədən sonra da oyuna nəzarət edən “Neftçi” komandası olub. Görüşün 48-ci dəqiqəsində Dario Federiko ev sahibinin üstünlüyünü ikiyə çatdırıb-2:0. Bundan sonra təzyiqi artıran qonaqlar istədiyinə 85-ci dəqiqədə Anton Krivostyukun avtoqolu ilə çatıb -2:1. Görüşün qalan dəqiqələrində “Qəbələ”nin bərabərlik cəhdləri heç bir fayda verməyib. Və matç “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər qarşılaşmasında isə Premyer Liqanın debütantı “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyunda hesabı meydan sahibləri açsa da, qonaqlar 4 qol vuraraq böyükhesablı qələbə qazanıb.

 

19 avqust (bazar)

“Sabah” – “Sumqayıt”  1:4

Qol: Marko Deviç, 10 (1:0), Nicat Qurbanov, 18 (1:1), Elvin Məmmədov, 33-pen. (1:2), Şəhriyar Əliyev, 44 (1:3), Ülvi İsgəndərov, 84 (1:4)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov 
“Əlincə Arena”, 20:30

Sabah”: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 33. Eltun Turabov, 25. Vanderson Silva, 19. Məqsəd İsayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 8. Elşən Abdullayev, 7. Vitali Kvaşuk, 27. Bəxtiyar Soltanov, 9. Marko Deviç 

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Elvin Bədəlov, 2. Ülvi İbazadə, 4. Tərzin Cahangirov, 14. Tural Qürbətov, 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 88. Elçin Əsədov, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç, 10. Cavid İmamverdiyev 

Baş məşqçi: Elşad Əhmədov 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Süleyman Süleymanov, 18. Süleyman Əhmədov, 39. Tural Bayramlı, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Nazim Süleymanov

“Neftçi” – “Qəbələ” 2:1 

Qol, Baqali Dabo 36, Dario Federiko 48 (2:0)  85, Anton Krivostyuk (öq) (2:1)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev 
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
“Dalğa Arena”, 18:30

“Neftçi”: 1. Səlahət Ağayev, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 93. Soni Mustivar, 6. Qoran Paratski, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 9. Baqali Dabo, 11. Kvame Karikari 

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev.70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 37. Vüsal Əsgərov, 22. Mirabdulla Abbasov

Baş məşqçi: Roberto Bordin  

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov (k), 88. Sabien Lilay

Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 32. Amin Seydiyev, 26. Faiq Hacıyev, 28. Stiven Monroz, 99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

Oxşar xəbərlər

2015-ci ilin ilk oyunu: 33-cü duel

admin

“Bakı”nın yeni baş məşqçisi məlum oldu

admin

“Xəzər Lənkəran”da növbəti ayrılıq: Hay-hayla gəldi, vay-vayla gedir

admin