Kateqoriyasız

“Neftçi” – “Qəbələ” oyunu canlı yayımda

“Neftçi” və “Qəbələ” arasında keçiriləcək yoxlama oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər iyunun 13-ü saat 19:00-da “Bakcell Arena”da keçiriləcək yoxlama matçını “CBC Sport”da izləyə biləcəklər.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəbindən bu oyun ayın 14-dən 13-nə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43