Kateqoriyasız

“Neftçi” və “Zirə” qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Neftçi” arasında olub. Qarşılaşma ağ-qaralar”ın qələbəsi ilə sona çatıb – 2:1.

Digər görüşdə isə  “Səbail”lə “Zirə” üz-üzə gəlib. “Qartallar” qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıblar.

Azərbaycan Premyer Liqası

VI tur

10 sentyabr (şənbə)

18:00.“Qəbələ” – “Neftçi” – 1:2 

Qol: Məqsəd İsayev, 31 (1:0), Ataa Caber, 46 (1:1), 53 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

20:30. “Səbail” – “Zirə”  1:2 

Qollar: Dmitrios Çantakias, 5 (0:1), Ağabala Ramazanov, 12 (1:1), Sertan Taşkın, 32 (1:2)

Qırmızı vərəqə: Tural Bayramlı, 72-ikinci sarı vərəqə (“Səbail”)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
“ASCO Arena”.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43