Kateqoriyasız

“Neftçi” – “Qalatasaray” matçının stadionu dəyişdi

Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Qalatasaray” oyununun məkanı dəyişib.

Bu haqda “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Oyun əvvəlcə “Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43