Ölkə futbolu

“Neftçi” qalib gəldi, “Dalğa Arena”da “sülh” – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Araz Naxçıvan” “Sumqayıt”ı qəbul edib. Görüş bərabərliklə başa çatıb. Naxçıvan təmsilçisi xalını 26-ya yüksəldib. “Sumqayıt” isə 31 xal olub.

Günün ikinci görüşündə “Neftçi” və “Qəbələ” qarşılaşıb. “Ağ-qaralar” ikinci hissədə vurduğu qollarla rəqibini məğlub edib – 3:1. “Neftçi” bu qələbəylə 2-ci yerə yüksəlib. “Qəbələ” isə 14 xalla sonuncu yerdədir.

Azərbaycan Premyer Liqası

XX tur

15:00 “Araz-Naxçıvan” – “Sumqayıt” 1:1

Qollar: İsa Suliman 45’ (0:1), Vanderson Melo 59’ (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”

17:30. “Neftçi”– “Qəbələ” 3:1

Emin Mahmudov 61’ (1:0), Dieqo Valdez 67’ (2:0), Emil Səfərov 87’ (2:1), Brayan Moreno 90+5 (3:1)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43