Premyer Liqa

“Neftçi” qalib gəldi, “Sumqayıt” Gəncədən xalsız döndü (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında  XXIII turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki matç baş tutacaq.

Günün ilk oyunu Gəncədə keçiriləcək. Burada "Kəpəz" "Sumqayıt"la üz-üzə gələcək. Hər iki komandanın tək hədəfi avrokuboklara vəsiqə verən yeri tutmaq olduğundan oyunun gərgin keçəcəyi gözlənilir.

Turun digər matçında isə "Neftçi" "İnter"lə münasibətlərə aydınlıq gətirəcək. 1937-ci ilin məhz bu günü yaradılan "ağ-qaaralar" yubiley gecəsində 3 xalla ayrılmağı düşünür.

XXIII tur

18 mart (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt”  1:0
Qol: Dario Federiko, 45 (1:0)

Gəncə şəhər stadionu

19:37. “Neftçi” – “İnter”  2:1
QOL: Huqo Barqas, 42 (1:0), Rəhman Hacıyev, 70 (2:0), Nizami Hacıyev, 72 (2:1)

8-ci km qəsəbə stadionu

19 mart (bazar)

15:30. AZAL – “Qəbələ”

“AZAL Arena”

18:30. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43