Ölkə futbolu

“Səbail” uddu, “Neftçi” 3 xalı 3 qolla aldı – YENİLƏNİB

Topaz Premyer Liqasının 9-cu turu davam edir. İkinci oyun gününün ilk görüşündə “Keşlə” komandası səfərdə “Səbail”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, “Səbail”in futbolçusu Yevgeni Kocuk ikinci sarı vərəqədən qırmızı alaraq meydandan qovulub.

Turun mərkəzi qarşılaşması isə “Bakcell Arena”da keçirilib. Lider “Neftçi”  “Qarabağ”ı doğma meydanda 3:1 hesabı ilə məğlub edib.

 

15:00. “Səbail” – “Keşlə”  2:0

Qollar: Yevgeni Koçuk, 24 (1:0), Fəhmin Muradbəyli, 29 (2:0)
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bayıl Arena”

17:00. “Neftçi” – “Qarabağ” 3:1 

QOLLAR: Abbas Hüseynov, 9 (avtoqol) (1:0), Mirabdulla Abbasov, 25 (2:0), Mahir Mədətov, 85 (2:1), Baqali Dabo, 87, (3:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43