27 Fevral 2024
Ölkə futbolu

“Neftçi” “Qarabağ” oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan I Divizionunun X turunun oyun cədvəlində dəyişiklik edilib.

“Qarabağ” komandasının bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olduğu üçün Azərbaycan I Divizionunun X turunun “Neftçi-2” – “Qarabağ-2” matçı təxirə salınıb. “Qarabağ” klubunun müraciətini, “Neftçi” klubunun razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 9 noyabrda deyil, 3 dekabrda keçirilməsinə qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43