Azərbaycan Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında autsayder “Qəbələ” “Səbail”i qəbul edib. İlk hissə ev sahiblərinin üstünlüyüylə bitib -2:0. İkinci hissədə geri dönüş etməyi bacaran “dənizçilər” sonda qələbəyə sevinib – 2:3. Bölgə klubu 15 xalla sonuncu yerdədir. “Səbail” isə xallarını 37-yə yüksəldərək 2-ci yerə yüksəlib.
Turun mərkəzi görüşü “Neftçi Arena”da keçirilib. “Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş “köhlən atlar”ın böyükhesablı qələbəsiylə başa çatıb – 1:4. “Neftçi” 36 xalla 3-cü, “Qarabağ” isə 60 xalla liderdir.
3 mart (bazar)
16:00 “Qəbələ” – “Səbail” 2:3
Qollar: Ürfan Abbasov, 13, Osama Xalayla 26 – Yusif Nəbiyev, 58, Rüfət Abdullazadə, 65, Nir Bardea, 90+1
Qırmızı vərəqə: Lukas Afriko, 41 (Qəbələ)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
19:00 “Neftçi” – “Qarabağ” 1:4
Qollar: Ozobiç, 71 (pen.) – Nəriman Axundzadə, 47, Toral Bayramov, 60 (pen.), 90+3, Leandro Andrade, 90+7
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”
Turun öncəki qarşılaşmalarında bu nəticələr qeydə alınıb:
“Zirə” – “Turan Tovuz” 1:1
Qollar: Belajdi Pusi, 11 (0:1), Ceyhun Nuriyev, 62-pen. (1:1)
Qırmızı vərəqə: İssa Cibrila, 43 (“Zirə”)
“Sabah” – “Araz-Naxçıvan” 2:0
Qollar: Emmanuel Apeh, 54, Kahim Parris, 90+7
“Sumqayıt” – “Kəpəz” 1:3
Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20, Mate Kvirkiya, 62, Rüfət Əhmədov. 90+5