Kateqoriyasız

“Neftçi” “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

“Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.

İdmanxeber.az klubun saytına istinadən komanda üzvləri ötən gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 8-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43