Kateqoriyasız

“Neftçi” “Qarabağ”la oyunun biletlərini neçəyə satır?

Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri bu gün satışa çıxarılacaq.

İdmanxeber.az-ın məlumatına görə, qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edəcək biletləri saat 15:00-dan etibarən “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

“Neftçi” – “Qarabağ” oyunu noyabrın 1-i “Bakcell Arena”da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43