Premyer Liqa

“Neftçi” “Qəbələ” ilə oyuna 1 itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının XXII turunda öz meydanında “Qəbələ”ni qəbul edəcək “Neftçi” oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Komandanın heyətində yeganə itki Cavid İmamverdiyevlə bağlıdır. Zədədən əziyyət çəkən yarımmüdafiəçinin “Qəbələ” ilə matçda iştirak etməyəcək.

Zədəsini bərpa edən Ruslan Abışov isə böyük ehtimalla meydanda olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı martın 14-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43