Ölkə futbolu

“Neftçi” rəhbərliyi Bordini aldatdı

“Neftçi”dən anlaşılmaz transfer siyasəti

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın transfer siyasəti rəhbərlikdəki kəskin fikir ayrılığı səbəbindən istənilən səviyyədə olmayıb. Belə ki, komanda əvvəlcə Badibanqa transferində xoşbəxt sonluğa yaxınlaşsa da, klub son anda bundan imtina edib.

Mövcüd vəziyyətdə isə ən pis durumda qalan komandanın baş məşqçisi Roberto Bordindir. Məlumata görə, italiyalı heyətin ən yaxşısı Dario Frederikonun satılmasına məhz Badibanqanın gələcəyi üçün razı olub. Ancaq rəhbərlik gah Badibanqa ilə maraqlanmadığını, gah da maliyyə məsələsini problem edərək sözünün üstündə durmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43