Kateqoriyasız

“Neftçi” rəhbərliyi “istefa” qışqıran azarkeşləri stadiondan çıxartdırdı

Avroliqada uğursuzluqla üzləşən “Neftçi” hazırda Premyer Liqanın ilk turu çərçivəsində “Sabah”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, komandanın avrokuboklardakı uğursuz çıxışından hiddətlənən azarkeşlər – xüsusilə “Neftçimania” azad azarkeş qrupu rəhbərliyi və baş məşqçi Roberto Bordini istefaya səsləyib. Məhz bundan sonra “Neftçi” rəhbərliyinin həmin azarkeşləri stadiondan kənarlaşdırdığı bildirilir. Bizdə olan məlumata görə, klub rəhbərliyi polis əməkdaşlarına həmin azarkeş qrupunu stadiondan kənarlaşdırma tapşırığını verib və bu istəklərinə ilk hissənin fasiləsində nail olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43