Kateqoriyasız

“Neftçi” – “Rapid” oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” matçının bilet satışları davam edir.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, artıq sözügedən qarşılaşma üçün alınan bilet sayısı 1500-ü keçib. Matçı stadiondan izləmək istəyən azarkeşlər biletləri “Iticket.az”ın satış məntəqələrindən əldə edə bilərlər.

“Neftçi” – “Rapid” oyunu avqustun 4-də Bakı vaxtı ilə saat 21:00-da “Bakcell Arena”da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43