Kateqoriyasız

“Neftçi” – “Rapid” oyununun hakimləri

Cempionlar Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi Dario Bel olacaq. Ona yan xətlərdə Maryan Tomas və Kristian Novosel kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tihomir Pejin yerinə yetirəcək.

“Neftçi” – “Rapid” matçı avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da baş tutacaq. Komandalar arasında cavab oyunu bir həftə sonra Vyanada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43