Ölkə futbolu

“Neftçi” rəhbərliyi azarkeşlərlə görüşüb- FOTO

“Neftçi” PFK azarkeşlərlə görüşləri davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, növbəti belə görüş “Bakcell Arena”da baş tutub. Tədbirdə “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun adından azarkeşləri salamlayan vitse-prezident Elnur Məmmədov, komandanın hər bir uğurunda onların böyük pay sahibi olduqlarını bildirib.

Qeyd olunub ki, xalq komandası olan “Neftçi” daim azarkeşlərinin dəstəyini hiss edib və bu dəstək zaman keçdikcə daha da güclənəcək. Klub və azarkeşlər arasında əlaqələr beynəlxalq təcrübəyə əsaslanaraq davam etdiriləcək və klub rəsmiləri ilə futbolsevərlər arasında mütəmadi görüşlər keçiriləcək.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43