Kateqoriyasız

“Neftçi” rəhbərliyi ilə azarkeşlər arasında 5 saatlıq görüş

“Neftçi” klubunun icraçı direktoru Elnur Məmmədov ötən gün azarkeşlərlə görüşüb.

Bu barədə “Report”a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev açıqlama verib.

O, bildirib ki, görüş təxminən 5 saatadək davam edib. Ç.Abdullayev bu açıqlamanı görüş davam etdiyi vaxt verdiyindən, nəticədən hələ xəbərsiz olduğunu söyləyib. Müşahidə Şurasının sədri azarkeşlər arasında kənardan öyrədilmiş şəxslərin olduğuna inanmadığını da əlavə edib: 
“Azarkeşlərin narazılıqları təbiidir. Biz də bəzi şeyləri bilirik. Hazırda bu məsələnin həlli üzərində düşünürük. İnanmıram ki, onların arasında öyrədilmiş şəxslər olsun”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının VII turunda “Zirə”yə 0:2 hesabı ilə uduzub. Flaqman hazırda 9 xalla 5-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43