Ölkə futbolu

“Neftçi” rəhbərliyindən “Böyük oyun” öncəsi qeyri-pəşəkar addım: Kassalarda bilet satılmayacaq!

“Böyük oyun”un biletləri kassalarda satışa çıxarılmayacaq.

Həftəsonu keçiriləcək “Böyük oyun” üçün satışa bilet çıxarılmayacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 2000 bilet sifariş olunub ki, buna da yalnız “Neftçi” fanatları sahib çıxa bilər. Klub artıq fan-klublara və öz azarkeşlərinə müraciət edib. İki min bilet yalnız “Neftçi” fanatlarına veriləcək. Qısacası matçı canlı izləmək istəyən siravi bir azarkeş bu həyəcandan məhrum olacaq. Və ya, oyunu canlı izləmək istəyən fanat “Neftçi”nin fan-klublarına müraciət etməklə, bilet əldə edə bilər. 

Təbii ki, biletin satışa çıxarılmaması AFFA-nın qonaq azarkeşlərlə bağlı verdiyi qərara əsaslanır. Lakin unutmayaq ki, Lənkəranda bu mövsüm baş tutan hər iki matç üçün biletlər kassalarda satışa çıxarıldı. Fan-klublara müraciət edilərək yox!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43